Yumurtanı soyuducunun qapısında saxlamayın


Digərləri 04 Dek 2017 23:24:00 274 0

Yumurtanı soyuducunun qapısında saxlamayın

Yumurtanı adətən soyuducunun qapısında saxlayırıq. Bunun üçün soyuducuda xüsusi yer nəzərdə tutulub. Ancaq mütəxəssislər yumurtanı soyuducunun qapısında saxlamağın yanlış olduğunu deyirlər.

Son.az ailem.az-a istinadən bildirir ki, soyuducunun qapısındakı xüsusi hissədə yumurtaları saxlamaq yaxşı bir fikir kimi görünsə də, əslində ən pis saxlanma şəklidir. Belə ki, qapı soyuducunun ən isti yeridir və hər dəfə qapını açıb-bağladıqda yumurtalar fərqli temperatura məruz qalır.