BMT: Yəmənin sabiq prezidentinin ölümü ölkədə siyasi vəziyyəti olduqca ağırlaşdırır


Dünya 04 Dek 2017 23:18:39 358 0

BMT: Yəmənin sabiq prezidentinin ölümü ölkədə siyasi vəziyyəti olduqca ağırlaşdırır

"Bu, şübhəsiz ki, onsuz da çətin siyasi vəziyyəti olduqca ağırlaşdırır"

Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin ölümü ölkədə onsuz da çətin olan siyasi vəziyyəti olduqca ağırlaşdırır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçmiş dövlət başçısının üsyançı husilər tərəfindən öldürülməsi xəbərini şərh edərkən deyib.

"Bu, şübhəsiz ki, onsuz da çətin siyasi vəziyyəti olduqca ağırlaşdırır", - deyə Düjarrik bildirib.

Onun sözlərinə görə, BMT sabiq prezidentin ölüm xəbərini müstəqil şəkildə təsdiq edə bilməz, lakin bununla bağlı məlumatlardan və Salehin başçılıq etdiyi Ümumxalq Konqresinin bəyanatından xəbərdar olduqlarını əlavə edib.