Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 04 Dek 2017 23:10:00 284 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,76 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,27 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 1-də 62,04 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel çoxdur.