Kosmonavtlar nə qədər maaş alır?


Digərləri 04 Dek 2017 22:20:00 248 0

Kosmonavtlar nə qədər maaş alır?

Kosmonavtlar elm dünyası və insanlığın gələcəyi üçün çox önəmli işlərə imza atırlar. Bir çox insanın arzusunda olduğu bu peşənin maaşı isə hər kəsin maraq dairəsindədir.

Son.az astronavtların aldığı maaşların miqdarını təqdim edir. Kosmosa gedən ilk insan Yuri Qaqarin həm hərbi pilot, həm də kosmonavt kimi iki maaş alıb. Ona kosmosa uçması münasibətliə ev, "Volqa" avtomobili, xalça və buna bənzər digər əşyalar hədiyyə edilib. Kosmosa uçan ilk qadın Valentina Tereşkovaya isə mükafat olaraq ev, geyimlər, çantalar, aksessuarlar və ayaqqabılar verilib. Rusiyada kosmosda işləyənlər üçün ayrı maaş ödəmək ənənəsi isə indi də davam edir. Adətən birinci sinif pilot olan rus kosmonavtlar ayda 1500-2500 dollar civarında maaş alır. Lakin kosmonavtlara əlavə olaraq, illik və sınaq uçuşları üçün də vəsait ödənilir. Kosmonavtların səmada keçirdiyi müddətə bağlı olaraq, aldıqları maaş 25 000 dollara qədər yüksələ bilir. NASA isə kosmonavtlarına 170 000 dollara qədər maaş ödəyir. Ümumilikdə, Yerin orbitinə bir neçə dəfə səyahət edən çox az sayda kosmonavt var. Gedənlər isə cəmi 1 və ya 2 dəfə uçuş həyata keçirib. Bir kosmonavtın kosmosa uçması üçün ideal yaş isə 32-38-dir. Kosmonavtlar seçilərkən onların boyunun kiçik olmasına diqqət edilir. Çünki bu zaman kosmik gəmi daha az yanacaq sərf edir. (publika.az)