Sarı, qırmızı və göy: Qeyriadi albomlara maraq böyükdür VİDEO


Digərləri 04 Dek 2017 21:33:00 258 0

Sarı, qırmızı və göy: Qeyriadi albomlara maraq böyükdür  VİDEO

Sarı, qırmızı və göy rəngli maşınların içindən şəkillər çıxır. Ən böyük maraq isə bəylik və gəlinliyin əks olunduğu bu albomlaradır. Son.az bildirir ki, Bakıda yerləşən foto-studiyaların birində qeyri-adi albomlar hazırlanır.

Cib albomundan başqa, elələri də var ki, içindən daha bir albom və ya şəkillərlə bəzədilən müxtəlif aksessuarlar çıxır. Fotoqraf avtomobil həvəskarlarından başqa futbol sevərləri də unutmayıb. Pərviz Şalıyev azarkeşlərin hədiyyə üçün bu albomları seçdiklərini deyir.

Sadə və daha az zəhmət tələb edən albomun hazırlanması 600 manata başa gəldiyi halda, dəbdəbəli olanlarının qiyməti 3-4 min manatdır. Məsələn, taxtadan hazırlanan və tamamiylə əl işi olan bu albom alıcıya 2 min manata təklif olunur. Uşaq albomları da ən çox satılanlar arasındadır. Qeyd edək ki, qiymətə fotoçəkiliş də daxildir. /xezerxeber.az