Bakıda bayram yarmarkaları açıldı VİDEO


Digərləri 04 Dek 2017 21:21:00 214 0

Bakıda bayram yarmarkaları açıldı  VİDEO

Bakıda Yeni il yarmarkaları qurulub. Son.az bildirir ki, artıq bu yarmarkalarda Yeni il aksesuarları da satışa çıxarılıb.

Yeni il yarmarkaları insanların sıx məskunlaşdığı ərazilərdə, metrostansiyaların qarşısında qurulub. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyir ki, bu yarmarkaların açılmasında məqsəd həm vətəndaşların rahat alış-verişini təmin etmək, həm də pərakəndəliyin qarşısını almaqdır. Qiymətlərə gəldikdə isə qurum rəsmisi bildirdi ki,bu yarmarkaslarda satılan məhsullar bazar qiymətindən ucuz olacaq.

Bayram yarmarkaları yanvar ayının 13-ə kimi davam edəcək.

Bayramla bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər üçün artıq müraciətlərin qabulunada başlanılıb. Onun sözlərinə görə, bu işlə məşğul olmaq istəyən şəxslər quruma müraciət etməli və ayrı-ayrılıqda 80 manat dövlət rüsumu ödəməlidirlər.