İradə İbrahimova ilə Günay arasında qalmaqal daha da böyüdü: "Mənim Demet Akalın, Gülbən Ərgən olmağımı gözləyirdi?" FOTO


Şou-biznes 04 Dek 2017 21:09:00 438 0

İradə İbrahimova ilə Günay arasında qalmaqal daha da böyüdü: "Mənim Demet Akalın, Gülbən Ərgən olmağımı gözləyirdi?"  FOTO

"Onun hansı çərçivədən baxdığını bilmirəm"

"Onun hansı çərçivədən baxdığını bilmirəm"

Müğənni İradə İbrahimovanın Son.az-a müsahibəsi.

- İradə xanım, Bakıya xoş gəlmisiniz. Adətən toy məclisinə dəvət alanda Bakıya gəlirsiniz. Bu dəfəki gəlişinizin səbəbi nədir?

- Mən bu dəfə də el şənliyi üçün Bakıya gəlmişəm. Yeni oxuduğum "Dostum" mahnısı burada çox sevildiyi üçün gəlmişkən yerli kanallardan birində qonaq da oldum. Bir növ sənətimə qaldığım yerdən start verdim. Yeni mahnılarımız var, inşallah hamısını bir-bir oxuyacaqam. Mən hal-hazırda əsas ağırlığı ailəmə, övladlarıma verirəm, onların xoşbəxt olması üçün əlimdən gələni edirəm. Özümü səhnədə istirahət edir kimi hiss etdiyimdə mahnılarımı da yavaş-yavaş ifa edəcəyəm.

- Elə məhz ailənizə görə bir müddət sənətdən uzaq düşdünüz. Vaxtilə bir-birinin ardınca oxuduğunuz sevilən mahnılarla sənətinizdə yaranacaq olan o boşluğu illər öncə doldurmuşdunuz. Bu zaman ərzində İradə İbrahimova nə qazandı?

- Yaradıcı insan məncə bir müddət kənara çəkilib, müşahidə etməlidir. Bu hər bir sənətçi üçün keçərlidir. Mən hal-hazırda kənara çəkilməyimin çox müsbət tərəflərini yaşayıram. Ailə həyatı qurmağım, ana olmağım mənim sənətimə də xoş yansıyır. Bunların hamısının mənə bir xeyri oldu, zərəri olmadı. Bir şeydən ilhamlanmalısan, həyatında mütləq fərqli bir şey yaşamalısan ki, yeni bir nəfəslə sənətə gələsən. Ola bilər ki, o fasilədə maddi tərəfdən itkilərim oldu, amma mənəvi tərəfədən çox şeyi qazandım.

- Adətən müğənnilərin bir çoxunun ailə həyatı uğursuz alınır.

- Ailəmi mən qoruyub saxlamıram, bu Allahın qisməti, taleyidir. Bir şey yürüyürsə yürüyəcək, yollar açılacaq. Mənim əlimdə heçnə yoxdur. Həyat yoldaşımla ulduzlarımız barışıb, artıq 9 ildir ki, birlikdə addımlayırıq. Heç bir kəs həyatdan sığortalanmayıb. Sabah heç kim bilmir ki, başına nə gələcək. Mənim iki övladım var, onlar üçün nə olursa- olsun son damlasına qədər səbr edərəm.

- Amma qadından da çox şey asılıdır.

- Təbii ki, qadından çox şey aslıdır. Bəzi şeylər var ki, qarşı tərəf də sənə dəyər verməlidir. Yox əgər dəyər vermirsə, bu iş çox çəkməyəcək, bir yerdə qırılıb qalacaq.

- Zaman-zaman izləyicilərinizin yazdığı rəylər sizin də qəlbinizi qırdı. Ola bilərmi mənfi rəy yazanlar hər-hansısa sənət yoldaşınızdır?

- Xeyr, qətiyyən belə düşünmürəm. Mən insanlara o qədər pozitiv baxıram ki, o şeylər mənim ağlıma belə gəlmir. Hətta onları fikirləşəcək vaxtım da yoxdur. O qədər ailəmlə iç-içəyəm ki... Bir məsəl var: "Gülü sevən tikanına qatlanacaq". Mən instaqramdan qeydiyyatdan keçəndə bilirdim ki, həmişə tərif eşitməyəcəyəm! Bilirdim ki, orda məni sevməyənlər də olacaq. Hamının gözü yaxşı görmür ki, çəp baxanlar da var. Mən hər kəsə həyata gözəl gözlərlə baxmağı, ən əsası insan olmağı arzu edirəm.

- Ailənizə, övladlarınıza bağlı olmağınız hər addımınızda hiss olunur. Hətta bayaq onlardan danışanda kövrəldiniz, gözünüz doldu...


Xəbərə aid fotolar