İntihar edən Hacı Məmmədovun bacısından AÇIQLAMA


Digərləri 04 Dek 2017 20:53:00 272 0

İntihar edən Hacı Məmmədovun bacısından AÇIQLAMA

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək.

Son.az bildirir ki, bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib.

A.Məmmədova bildirib ki, H.Məmmədovun meyiti dekabrın 5-də Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən yaxınlarına təhvil veriləcək: "Biz Hacı Məmmədovdan imtina etməmişik. Niyə imtina etməliyik? Bu gün bizə dedilər ki, hələ ekspertiza edilir, meyitdən analizlər götürülür. Axşamtərəfi vəkilimiz danışıqlar apardı və bizə dedilər ki, sabah əlaqə saxlayarsınız. İndi sabah əlaqə saxlayacağıq. Meyiti versələr səhər dəfn edəcəyik".

A. Məmmədova bildirib ki, H. Məmmədov Saray qəsəbəsindəki qəbirstanlıqda dəfn edilməyəcək: "Məsləhətləşmələr aparırıq, ola bilsin ki səhər Yasamal qəbirstanlığında dəfn elədik".

Xatırladaq ki, H. Məmmədov dekabrın 3 -də müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.