"Uşağın nəfəsi çıxmadı" Müəmmalı şəkildə ölən 3 yaşlı qızın anası VİDEO FOTO


Digərləri 04 Dek 2017 20:58:00 386 0

"Uşağın nəfəsi çıxmadı"  Müəmmalı şəkildə ölən 3 yaşlı qızın anası VİDEO  FOTO

Şəkidə 3 yaşlı qız müəmmalı şəkildə ölüb

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə Şəkinin Bideyiz kəndində baş verib.

Dekabrın 3-ü səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

Ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəki MRX-nın məlumatına görə Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Valideynləri uşağın iki gün öncə lobya udduğunu və bu səbəbdən öldüyünü ehtimal edirlər.

Vüsalə Lətifova - Ana: "Uşaq üzü aşağı yatmağa başladı. Dedik çay verək, içmədi. "Soska"nı qoyduq, uşağın nəfəsi çıxmadı".


Xəbərə aid fotolar