İsmayıllıda qeyriadi velosiped VİDEO FOTO


Digərləri 04 Dek 2017 20:48:00 256 0

İsmayıllıda qeyriadi velosiped  VİDEO  FOTO

İsmayıllı sakini 2 metrə yaxın hündürlüyü olan velosiped hazırlayıb.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, uzun illərdir İsmayıllıda həvəskar velosiped dostları qrupu yaradan Əli İmamverdiyev bu alətə olan marağı sayəsində yeni velosiped yaradıb.

Xarici televiziya kanallarında ikimərtəbəli velosipedləri görən Əli özü də bu cür velosiped düzəltməyi qərara alıb. Özünün adi velosipedindən 1 həftə ərzində hündürlüyü 1m 70 sm-ə çatan velosiped düzəldib. Bunun üçün o, iki təkərdən, iki ramadan, oturacaqdan, sep və pedallardan istifadə edib.

Bu hündür velosiped görən hərkəsin diqqətini cəlb edir. Hətta bu cur velosipedə sahib olmaq üçün sifariş verənlər də var. İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını, hündürlüyünü isə 2 m-ə çatdıracağını deyir.


Xəbərə aid fotolar