Qanqsterin həbsxanada çəkdiyi rəsmlərdəki mesajlar: "202 nömrəli "Jeep" və yerdə kişi meyiti FOTO


Digərləri 04 Dek 2017 19:57:00 400 0

Qanqsterin həbsxanada çəkdiyi rəsmlərdəki mesajlar: "202 nömrəli "Jeep" və yerdə kişi meyiti  FOTO

Çoxsaylı cinayət əməlləri, qətllər törətdiyinə görə, ömrlük həbs cəzasına məhkum edilmiş, dünən isə həbsxanada intihar edən DİN-in sabiq yüksəkrütbəli vəzifəlisi Hacı Məmmədov 2014-cü ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudovla 4 foto mətbuata ötürmüşdü. Məmmədov bu əsərləri sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə çəkdiyini və məqsədin bəzi şəxslərə şifrəli mesaj çatdırmaq olduğunu demişdi.

Son.az pressclub.az-a istinadla xəbər verir ki, həmin rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub: Orada Hacı Məmmədov həm də onları Elçin Behbudova hədiyyə etdiyini yazıb. Özü ona deyib ki, onların hər birinin parolu, şifrəsi var. Lakin o, parolu Behbudova açmayıb. Nəzərə alaq ki, Elçin Behbudov Hacı Məmmədovla görüşən və hüquq mühafizə orqanı əməkdaşı olmayan yeganə şəxs olub. "MTN İşi" əməliyyatlarından sonra onun da ölümü müəmmalı ölümlər siyahısındadır. Hüquq müdafiəçisi Hacı Məmmədovla görüşə hazırlaşan ərəfədə qəfil dünyasını dəyişib. O, heç bir xəstəlikdən filan əziyyət çəkmirdi. Elçin Behbudov deyirdi ki, Hacı Məmmədovun bildirdiyinə görə, o, öz həyatından bəhs edən kitab da yazırdı. Ancaq kitabdan hələ ki, xəbər yoxdur. Onu da qeyd edim ki, ölümündən sonra Elçin Behbudovun "BET" ləqəbi ilə MTN-lə əməkdaşlıq etdiyi və agent olduğu ortaya çıxmışdı.

Hər fotonun açıqlamasında Elçin Behbudovun qeydlərini əlavə edirik:

Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.


Xəbərə aid fotolar