Səfir: Azərbaycan və BƏƏ arasında sıx əməkdaşlıq münasibətləri var


Digərləri 04 Dek 2017 19:51:47 250 0

Səfir: Azərbaycan və BƏƏ arasında sıx əməkdaşlıq münasibətləri var

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətləri var.

Bakı. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətləri var. Trend-in məlumatına görə, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib. Səfir qeyd edib ki, BƏƏ və Azərbaycan arasında iqtisadiyyat, turizm və mədəniyyət kimi sahələrdə əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin gücünü göstərir. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 100 minə çatıb: "BƏƏ-nin Azərbaycandakı səfirliyi Ticarət Palatası yaradıb. Bu il ərzində Palatada ölkələrimiz arasında ticarət indeksinin artmasına maraq göstərən təxminən 40 ticarət tərəfdaşı və şirkətlərin iştirakı ilə iki görüş keçirmişəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin