Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?


Digərləri 04 Dek 2017 19:40:00 355 0

Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?

Böyük Azərbaycan şairi,istiqlal şairimiz Xəlil Rza Ulutürkun "Şairin səsi" (Azadlıq) şeiri Şotlandiyanın Edinburq şəhərində yerləşən Şotlandiya Poeziya Kitabxanasında saxlanılır. 

Bu barədə Son.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

"Şotlaniyada yaşayan  "Buta Azərbaycan-Şotlandiya Assosiasiyası"nın sədr müavini, siyasi analitik Fuad Ələkbərov Şotlandiya Poeziya Kitabxanası ilə əlaqə qurarkən ona muzeydən məlumat veriblər.  Şeir ingilis dilinə Aynur Imecer tərəfindən 2008-ci ildə tərcümə olunub. Şeir və şair haqqında məlumat muzeyin rəsmi saytında da(http://www.scottishpoetrylibrary.org.uk/poetry/poems/poets-voice) yerləşdirilib. Hazırda Fuad Ələkbərov gələcəkdə başqa ədiblərimizin şeirlərinin muzeyə təqdim olunması ilə bağlı danışılar aparır",- E.Eltürk vurğulayıb.