"Seksual geyinmədim, xoşbəxtsiniz?"


Digərləri 04 Dek 2017 19:18:00 304 0

"Seksual geyinmədim, xoşbəxtsiniz?"

Moskvada DÇ-2018-in püşkatma mərasimi keçirildi. İranlı futbolsevərlər İRİB televiziyasının yayımı kəsməməsi üçün tədbirin xanım aparıcısı Mariya Komandnayadan açıq-saçıq geyinməməyi xahiş etmişdi.

Son.az goal.az-a istinadən xəbər verir ki, istənilən şəkildə geyinən xanım aparıcı tədbirdən sonra iranlı azarkeşlərin istəklərinə qarşılıq olaraq "İran, xoşbəxtsən?" yazısını paylaşıb. Bu paylaşım sonrası iranlılar xanım aparıcıya təşəkkür ediblər. Onların arasında iranlı futbolçu Serdar Azmun da yer alıb. 

Komandnaya tədbirdə V yaxalı qapalı sinə dekoltesi olan qara don geyinib.