Biləsuvarda 11 yaşlı yeniyetməni motosikl vurub


Sosial 04 Dek 2017 18:58:01 246 0

Biləsuvarda 11 yaşlı yeniyetməni motosikl vurub

Faktla bağlı araşdırma aparılır

 Biləsuvar rayonunda 11 yaşlı yeniyetməni motosikl vurub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydilli kəndində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 2006-cı il təvəllüdlü Elcan Emin oğlu Heydərovu motosikl vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.