"İlin adamı" adına namizədlər açıqlandı


Dünya 04 Dek 2017 19:08:00 293 0

"İlin adamı" adına namizədlər açıqlandı

"Time" jurnalı ənənəvi "İlin adamı" adına namizədlərin adlarını açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, siyahıda "Amazon" saytının təsisçisi Ceff Bezos, ABŞ-lı rejissor, "Möcüzə-qadın" filminin müəllifi Petti Cenkins və amerika futbolu oyunçusu, ABŞ-da polis zorakılığına etiraz olaraq himn çalınarkən ayağa qalxmaqdam imtina edən Kolin Kapernik yer alıb.

Siyahıda siyasi fiqurlar arasında Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Tszinpin, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman və ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Müller də yer alıb.