Yığmamız Rusiyaya məğlub oldu


Digərləri 04 Dek 2017 18:53:50 238 0

Yığmamız Rusiyaya məğlub oldu

Yığmamız turnirdə növbəti oyununu keçirib.

Bakı. İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Trend AFFA-ya istinadən məlumat verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib. Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Qeyd edək ki, bundan əvvəl millimiz İran yığması ilə 3:3 hesablı bərabərə qalmışdı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin