Rusiya Ədliyyə Nazirliyi xarici KİVlərlə bağlı hərəkətə keçir


Dünya 04 Dek 2017 18:48:00 354 0

Rusiya Ədliyyə Nazirliyi xarici KİVlərlə bağlı hərəkətə keçir

Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.

Xatırladaq ki, noyabrın 25-də Vladimir Putin KİV haqqında qanunvericiliyə dəyişiklikləri təsdiq etmişdi. Yeni qanunvericilik xaricdən maliyyələşən kütləvi informasiya vasitələrini xarici agent kimi tanımağa imkan verir. Beləliklə, bəzi KİV-lərə xarici agent statusunun verilməsi ilə onlara qarşı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.