İranda zəlzələ nəticəsində ölənlərin sayı artır


Digərləri 04 Dek 2017 18:48:00 230 0

İranda zəlzələ nəticəsində ölənlərin sayı artır

Noyabr ayının ortalarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir

Bakı. Noyabr ayının ortalarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir. Trend-in məlumatına görə, 569 nəfərin həlak olması təsdiqlənib. Bundan əvvəl 521 nəfərin həlak olmağı barədə məlumat verilmişdi. Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin