Çin ikinci təyyarə gəmisini dənizə buraxır


Digərləri 04 Dek 2017 18:06:47 292 0

Çin ikinci təyyarə gəmisini dənizə buraxır

Çin Xalq-Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin ikinci təyyarə gəmisi ilk dəfə bu ay dənizə çıxacaq.

Bakı. Çin Xalq-Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin ikinci təyyarə gəmisi ilk dəfə bu ay dənizə çıxacaq. Trend-in məlumatına görə, gəmi ilə bağlı əsas işlər artıq başa çatıb. "Sina" portalı gəminin dekabrın 10-da və ya ayın sonunadək dənizə çıxacağını yazır. Təyyarə daşıyıcısı bu növdən ilk gəmidir və tamamilə Çin tərəfindən inşa edilib. Gəminin 2020-ci ilə qədər ordunun ixtiyarına veriləcəyi bildirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin