Naftalanda avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB


Sosial 04 Dek 2017 17:51:00 340 0

Naftalanda avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Naftalan rayonunda avtoyuma məntəqəsində baş verən bədbəxt hadisədə ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Xocalı rayonundan olan məcburi köçkün, 1957-ci il təvəllüdlü Elburus İslam oğlu Əliyev avtomobil yuyarkən onu elektrik enerjisi vurub. Nəticədə E.Əliyev hadisə yerində ölüb. onun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya yerləşdirilib. 

İlkin məlumata görə, hadisə avtoyuma məntəqəsində olan maşınyuyan aparatın nasaz olması səbəbi ilə baş verib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

***17:32

Naftalan. 4 dekabr.