Siqareti harada çəkmək olmaz?


Digərləri 04 Dek 2017 17:44:00 291 0

Siqareti harada çəkmək olmaz?

Ötən həftə Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu layihəsi qəbul olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı həmin qanunda öz əksini tapıb. Yerlərin siyahısını təqdim edirik:

Azərbaycan Respublikasında tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- ticarət obyektlərində;

- məişət obyektlərində;

- sosial xidmət müəssisələrində;

- yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrıla bilər);

- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;