"Real Madrid"in kapitanından xoşagəlməz statistika


İdman 04 Dek 2017 17:50:00 370 0

"Real Madrid"in kapitanından xoşagəlməz statistika

İspaniya La Liqasının 14-cü turunda "Athletic" səfərinə yollanan "Real" 1 xalla geri dönüb. Qolsuz başa çatan oyunun 86-cı dəqiqəsində 2-ci sarı vərəqə alan Madrid klubunun kapitanı Serxio Ramos meydandan qovulub. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi Primerada 19-cü dəfə qırmızı vərəqə görüb. Bununla da, Ramos La Liqa tarixində ən çox meydandan qovulan 3 futbolçudan biri olub. O, Pablo Alfaro (Barcelona) və Xavi Aquado (Real Zaragoza) ilə qırmızı vərəqələrin sayına görə bərabərləşib. Ramos Çempionlar Liqasında 3, İspaniya Kubokunda isə 2 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

2005-ci ildən "Real"da forma geyinən Ramos yalnız 2014/!5 mövsümündə qırmızı vərəqə almamışdı.