Reyd zamanı qanunsuz ovlanmış 2 baş cüyür aşkar edildi


Digərləri 04 Dek 2017 17:14:00 276 0

Reyd zamanı qanunsuz ovlanmış 2 baş cüyür aşkar edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı meşə ərazisində "Niva" markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.