Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər


Digərləri 04 Dek 2017 17:08:00 286 0

Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər

Türkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib.

Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.

Xatırladaq ki, son vaxtlar Türkiyədə 11 HDP-li deputat, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs ediliblər.