NIKOIL | Bank nizamnamə kapitalını artırıb


Digərləri 04 Dek 2017 16:52:00 263 0

NIKOIL | Bank nizamnamə kapitalını artırıb

Bankın nizamnamə kapitalı 35.5 mln manat məbləğində artırılaraq 220 mln. manata çatdırılıb.

Bakı. NIKOIL | Bankın səhmdarlarının 21 aprel 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən Bankın nizamnamə kapitalının artırılması prosesi yekunlaşdırılıb və Bankın nizamnamə kapitalı 35.5 mln manat məbləğində artırılaraq 220 mln. manata çatdırılıb. Bankdan Trend-ə verilən məlumata görə, NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin