İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir


Dünya 04 Dek 2017 16:14:00 288 0

İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir

"Iran Khodro" şirkətinin istehsal etdiyi 18 ədəd "Soren" markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Son.az xəbər verir ki, bu barədə Trend IRIB-ə istinadən məlumat verir.

Ermənistan polisi artıq bir neçə ildir ki "Iran Khodro"dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən Yerevan hakimiyyətinin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, "Iran Khodro" avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.