"Böyük beşlik" liqalarının ən bahalı gənc futbolçuları


İdman 04 Dek 2017 16:13:00 277 0

"Böyük beşlik" liqalarının ən bahalı gənc futbolçuları

CIES Football Observatory tərəfindən "böyük beşlik" liqalarında çıxış edən 21 yaşa qədər futbolçuların transfer qiyməti araşdırılıb. Goal.az xəbər verir ki, ilk pilləni PSG-nin hücumçusu Kilian Mbappe tutub. Onun transfer qiyməti 133.6-dan 182.8 milyon avroya yüksəlib.

Dele Alli (Tottenham) 180 milyon avro ilə ikincidir. Avropanın tanınmış çempionatlarında oynayan digər ən bahalı gənc futbolçular Canluici Donnarumma (Milan, 55.7 mln), Timo Verner (Leipzig, 92 mln) və Usman Dembeledir (Barcelona, 120.4 mln).