Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb


Dünya 04 Dek 2017 15:35:41 280 0

Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb

Partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evin qiyamçı husi silahlıları tərəfindən partladılıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil.

Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atəşma son həftədə yenidən şiddətlənib.

Ötən gün Ə.A.Saleh husilərlə müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bildirib: "Sənanın döyüş meydanında həlledici məqam yetişdi...Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır". 

Keçmiş prezident öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib: "Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar".