Bakıda 17 yaşlı gənc yoxa çıxdı


Digərləri 04 Dek 2017 15:38:00 237 0

Bakıda 17 yaşlı gənc yoxa çıxdı

On yeddi yaşlı Kənan Məmmədov itkin düşüb.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı itkin düşmüş şəxsin qohumları verib. Onlar bildiriblər ki, K. Məmmədov sonuncu dəfə dekabrın 1-də məşqə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Ailə Yasamalda yaşayır. İtkin düşmüş şəxsin özünəqapanıq biri olduğu və peşə məktəbində aşpazlıq öyrəndiyi bildirilib. Polisə müraciət olunub, axtarış aparılır.