Namiq: "Əgər o maşında olsaydım, indi ölmüşdüm"


Şou-biznes 04 Dek 2017 15:03:00 359 0

Namiq: "Əgər o maşında olsaydım, indi ölmüşdüm"

Meyxanaçı Namiq Qaraçuxurlu sürücülük bacarığından danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasıdna başına gələn avtomobil qəzasından danışıb:

"Sovet maşınları olan dövrdən sürücülük edirəm. Yeniyetmə vaxtlarımda qanunsuz sürürdüm. İndi o qədər qanunsuz sürənlər çoxalıb. Mən də harasa tələsər, bilə-bilə qanun pozaram. Daha çox rayon yolunda sürət həddini aşıram. İlk maşınım "06" idi. Sonra "07" aldım, o birini qardaşımı verdim. Bir dəfə dostlarla rayona gedirdik. Üç maşın dalbadal sürürdük.