Röyaya sərt sözlər: "Sən Türkiyənin starı ola bilməyəcəksən"


Şou-biznes 04 Dek 2017 14:23:00 348 0

Röyaya sərt sözlər: "Sən Türkiyənin starı ola bilməyəcəksən"

Müğənni İradə İbrahimova Türkiyə şou-biznesində məşhurlaşmağa can atan əməkdar artist Röya Ayxana məsləhət verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində Röyanın qardaş ölkədə havayı pullar xərclədiyini deyib:

"Mənə elə gəlir ki, yeniliklərini ora üçün etmir. Türkiyə üçün edirsə, boşuna. Heyif o pullardan, əziyyətdən. Orada "Sizdə Röya var, filan mahnısını eşitdim" deyən, görmədim. Təəssüf... Cəhd etməsin, gərək yoxdur. Oradakılar ora bəsdir. Sən oranın starı ola bilməzsən. Oranın Demet Akalını gəlib burada "xalq artisti" ola bilməz. Eləcə də buradakı müğənnini orada kimsə oturub saatlarla dinləməz".