İynə vurmaq üçün gəlin toydan qaçdı FOTO


Digərləri 04 Dek 2017 14:27:00 409 0

İynə vurmaq üçün gəlin toydan qaçdı  FOTO

Meksikanın Tabasko ştatında yaşayan Yasmin Dominges pasiyentlərindən birinə iynə vurmaq üçün toyunu tərk edib.

Son.az El Mundo-ya istinadən bildirir ki, Yasminin gəlin paltarında pasiyentə iynə vurduğu anın fotoları sosial şəbəkələrdə yayılıb.

Toyda Yasmin Dominges keşiş qarşısında and içən anda onun telefonuna zəng gəlib. Ağır formalı şəkərli diabet xəstəsi olan pasiyentlərdən biri təcili inyeksiyaya ehtiyac duyduğunu söyləyib.

Yasmin də elə gəlin paltarında pasiyentin yanına yollanıb.


Xəbərə aid fotolar