Türkiyədə yeni eşq qurbanı


Digərləri 04 Dek 2017 14:11:47 249 0

Türkiyədə yeni eşq qurbanı

Rusiyanın Pavlov şəhərinin sakini, 19 yaşlı Tatyana Çexranova Türkiyənin İstanbul şəhərində vəfat edib.

Son.az Mash-a istinadən bildirir ki, Pavlov Tibb Kollecinin 3-cü kursunda oxuyan T.Çexranova tibb bacısı olmağa hazırlaşırdı. Lakin bu ilin iyun ayında o, bir illik akademik məzuniyyət götürərək İstanbula yollanıb, kazinoda işləməyə başlayıb.

O, hər gün valideynləri ilə əlaqə saxlayırdı.

İyul ayında isə T.Çexranova 28 yaşlı iş adamı İbrahim Yıldızla tanış olub. Gənclər arasında romantik münasibətlər başlayıb. Tatyananın dediyinə görə, İbrahimin valideynləri izdivaca qarşı olublar.

"Onlar xristian olmağımı qəbul edə bilmirlər", - Tatyana valideynlərinə deyib.

Noyabrın 8-də anasına zəng vuran Tatyana sevgilisi ilə birlikdə dağlara yollanacağını, ertəsi gün mütləq zəng vurub əlaqə saxlayacağını söyləyib.

Lakin T.Çexranova ilə əlaqə kəsilib.


Xəbərə aid fotolar