Formula 1: Üçüncü dəfə ilin ən yaxşısı seçildi


İdman 04 Dek 2017 14:15:00 267 0

Formula 1: Üçüncü dəfə ilin ən yaxşısı seçildi

"Formula-1"də "Mercedes" komandasının pilotu olan Luis Hemilton illik "Autosport Awards" mərasimində iki mükafat qazanıb.

Goal.az "Russia Today"ə istinadən xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Hemilton 2017-ci ilin ən yaxşı pilotu nominasiyasında qalib olub. O, həmçinin ən yaxşı britaniyalı pilot mükafatını qazanıb.

Qeyd edək ki, bu, Hemilton üçün beşinci "ilin ən yaxşı pilotu" mükafatıdır.