Elnarənin yaşadığı binada yanğın


Şou-biznes 04 Dek 2017 14:08:36 287 0

Elnarənin yaşadığı binada yanğın

Müğənni Elnarə Xəlilovanın yaşadığı binada yanğın baş verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər yayıb. O bildirib ki, yanğın tez bir zamanda söndürülüb:

"Salamatçılıqdır, heç kimə heç nə olmayıb. Adam bilmir 5 dəqiqə sonra başına nə gələcək. Fövqəladə Hallar Nazirliyi sağ olsun, tez söndürdü. Yanğın şitdə baş vermişdi, heç bir mənzilə keçmədi. Bütün şaxtanı su basıb, 1 həftə binada işıq olmayacaq".