Türkiyə ilk teleskopunu hazırlayır


Dünya 04 Dek 2017 13:51:00 204 0

Türkiyə ilk teleskopunu hazırlayır

Türkiyə istehsallı ilk teleskop 2020-ci ildə istismara veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Şərqi Anadolu Rəsədxanası" (Doğu Anadolu Gözlemevi - DAG) teleskopunun yaradılması layihəsi "Adaptif Optik Sistemi" optik şirkəti ilə birgə İstanbul Universitetində həyata keçirilir.

Türkiyə mətbuatı yeni teleskopun "HUBBLE" kosmik teleskopundan 7 dəfə üstün imkanlara malik olacağını yazır.

Teleskopun quraşdırılması üzrə işlərin 2019-cu ildə başa çatacağı bildirilir.