KİV: İranın Yəməndəki səfirliyi top atəşinə məruz qalıb


Digərləri 04 Dek 2017 13:54:00 215 0

KİV: İranın Yəməndəki səfirliyi top atəşinə məruz qalıb

Yəmənin paytaxtı Sənada İran səfirliyinə artilleriya zərbəsi endirilib.

Bakı. Yəmənin paytaxtı Sənada İran səfirliyinə artilleriya zərbəsi endirilib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. "Anadolu" agentliyi Yəməndə husilərlə davam edən atışma zamanı səfirliyin top atəşinə məruz qaldığını, diplomatik korpusun binasından tüstü yüksəldiyini yazır. Artilleriya zərbəsinin hansı istiqamətdən atıldığı barədə məlumat verilmir. İran mətbuatı isə bu məlumatın rəsmilər tərəfindən təsdiqlənmədiyini bildirir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin