Ədliyyə Nazirliyinə şikayətin edilməsi ilə bağlı DƏYİŞİKLİK edildi


Digərləri 04 Dek 2017 13:42:00 296 0

Ədliyyə Nazirliyinə şikayətin edilməsi ilə bağlı DƏYİŞİKLİK edildi

"Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlament"in təsdiq edilməsi barədə" Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli qərarında dəyişikliklər edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir.

Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer, müraciət edən hüquqi şəxs olduqda adı, hüquqi ünvanı (mövcud olduqda elektron poçt ünvanı) göstərilməlidir.