"Fərid Qayıbovun UEGin prezidenti seçilməsi Azərbaycanın uğurudur"


Digərləri 04 Dek 2017 13:32:00 263 0

"Fərid Qayıbovun UEGin prezidenti seçilməsi Azərbaycanın uğurudur"

"Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur. Bu, Azərbaycan gəncinin və Azərbaycan idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu, Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir".

Son.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.