Seysmoloji Xidmət Mərkəzi: Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub


Sosial 04 Dek 2017 13:09:34 317 0

Seysmoloji Xidmət Mərkəzi: Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub

Vüsalə Rafiqqızı: "2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb"

"2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

"Onlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. 5 mindən yuxarı isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - deyə, Mərkəz rəsmisi əlavə edib.

V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".