Bir təbəssüm, bir ümid Uşaqlarla bağlı xeyriyyə aksiyası FOTO


Digərləri 04 Dek 2017 13:10:00 234 0

Bir təbəssüm, bir ümid  Uşaqlarla bağlı xeyriyyə aksiyası  FOTO

Aksiyanın keçirilməsində məqsəd bir çox uşaqların ailələrinin maddi vəziyyəti az olması səbəbindən məktəbə gedə bilməməsinin və buna görə də onların təhsillərindən geri qalmalarının qarşısını az da olsa alıb onların təhsil almalarına dəstək göstərməkdir

Hər il keçirdilməsi nəzərdə tutulan "Bir Təbəssüm Bir Ümid" layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyasıdır..  Aksiyaya hər bir şəxs oxumadığı, istifadə etmədiyi müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin, istifadə etmədiyiniz geyimlər, məktəbli geyimləri, oyuncaqlar və s. ilə də aksiyamıza dəstək ola bilərsiniz.  Aksiya ilə hər bir məktəblinin təhsil almasına, valideynlərinin onları oxutmalarına imkanları çatmadığına görə məktəbdən məhrum olmamalarına dəstək göstərmək və məktəblilərə lazım olan hər bir ləvazimatlarla uşaqları təmin etməyə çalışacağıq.  Aksiyaya şirkətiniz, universitetiniz(qrup), təşkilatınız və ya məktəbiniz adınnan da qoşula bilərsiz. Aksiya Noyabr ayından başlayaraq Mart ayına qədər qüvvədə olacaq. Sonda isə aksiya çərçivəsində yığılan ləvazimatlar xüsusi avtomobil ilə kəndlərə aparılacaq. Əlaqələndirici şəxs: 051 576 49 30 - Tahirə Novruzova. Gmail: [email protected] Event: https://www.facebook.com/events/188262355080370

/

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar