"Nar" BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək


Digərləri 04 Dek 2017 12:50:00 266 0

"Nar" BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək

"Nar" BakuTel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.

Dörd gün ərzində davam edəcək sərgi müddətində "Nar" səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IPTV və mobil rabitə xidmətlərini vahid ödənişlə təklif edən "Qutu" məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu yeni "Full" paketlərini, xaricdə alış-veriş edərkən əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesini sadələşdirən "Nar TaxFree" mobil tətbiqini və digər nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.

Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak edərək, "Nar" şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə sınaqdan keçirə biləcəklər.