"Otaqda o, mən və bir cüt yataq var idi" FOTO


Digərləri 04 Dek 2017 12:20:00 267 0

"Otaqda o, mən və bir cüt yataq var idi"  FOTO

8.6 xalla imdb-də ən çox bəyənilən film olan "Leon: The Professional" (1994) filmi ilə karyerasına başlayan aktrisa Natali Portman Hollivuddakı seks skandalları ilə bağlı açıqlama verib.

Son.az xarici mətbuata istinadla bildirir ki, "Leon" filminə çəkilərkən yaşı 18-dən az olan Natali Portman rejissoru tərəfindən təcavüzə uğramasa da, aldadıldığını söyləyib. Belə ki, o, rejissorundan şirkətin digər işçiləri ilə birlikdə yaxtada təşkil olunan partiyə dəvət alıb. Lakin aktrisa yaxtaya gedəndə aldadıldığını öyrənib. O, yaxtada, sadəcə, ikisinin olduğunu görüb.

"Yaxtanın otağında mənlə o və bir cüt yataq var idi".

Lakin bu hadisə digər aktrisaların etiraflarında olduğu kimi təcavüzlə bitməyib. Belə ki, rejissor aktrisanın "yox, istəmirəm" sözünə hörmətlə yanaşıb.

"Heç nə olmadı. Təcavüzə uğramadım".


Xəbərə aid fotolar