Proqnozlar Bürosu: Noyabrın 6-ı axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək


Sosial 04 Dek 2017 11:56:05 312 0

Proqnozlar Bürosu: Noyabrın 6-ı axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək

Qərb küləyinin güclənəcəyi gözlənilir

“Noyabrın 6-ı axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Noyabrın 6-ı axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.

Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.