Anar keçmiş arvadının səsyazısını yaydı: "Soxum sənin adını yerə"


Şou-biznes 04 Dek 2017 11:52:06 367 0

Anar keçmiş arvadının səsyazısını yaydı: "Soxum sənin adını yerə"

Reper Anar Nağılbaz  keçmiş həyat yoldaşı Anjelikanın səs yazısını yayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sosisal şəbəkələrdə paylaşılan səsdə xanımı Anarı təhdid edir və bunları deyir:

"Elə eləmə hər şeyi açım danışım. Sən ucuz adamsan, ucuz reklama qaçansan. Səni yaxşı reklam etdim. İstədiyinə çatdın. Uşaqların ev məsələsin həll et, boşboğazlıq etmə. Bilirəm sənin adın yoxdu. Soxum sənin adını yerə. Deyirsən, evim yoxdur, çıxıb kişi-kişi Amerikada toy edirsən. Uşaqlarına gün ağlaya bilmirsən. Nə danışırsan sən burada? Yoxsa yenə Azərbaycandan imtina edib gedirsən".