18ci əsrə aid İsa heykəlinin buduna gizlədilən məktub tapıldı VİDEO FOTO


Digərləri 04 Dek 2017 11:25:00 301 0

18ci əsrə aid İsa heykəlinin buduna gizlədilən məktub tapıldı  VİDEO  FOTO

İspaniyada 18-ci əsrə aid olan İsa Məsih heykəlinin bərpası zamanı heykəlin budunda gizlədilən kağız parçası tapılıb

.

Son.az Haberler-ə istinadla xəbər verir ki, qeyddə 18-ci əsrə aid məlumatlar yer alıb.

Heykəl İspaniyanın cənubundakı Burgos vilayətinin Sotillo de la Riber kəndindəki Santa Agueda kilsəsində saxlanılır. Heykəlin bud hissəsindən 1777-ci ilə aid olan kağız parçası tapılıb. Kağızın rahib tərəfindən yazıldığı deyilir.

Kağız parçasında həmin dövrdəki iqtisadi, siyasi, sosial və dini vəziyyət, məşhurlar və əyləncə vasitələri barədə məlumatlar qeyd olunub.

Kağız parçasını restavrasiya işçiləri tapıblar. Kağızdakı bütün məlumatlar əllə yazılıb. Kağızın sonunda Burgo de Osma kilsəsinin rahibi Joaquin Minguezin imzası var.


Xəbərə aid foto