Abşeronda 23 yaşlı oğlan bibisini baltaladı


Digərləri 04 Dek 2017 10:10:00 238 0

Abşeronda 23 yaşlı oğlan bibisini baltaladı

Abşeronda ağır cinayət törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Masazır qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.   Hadisəni törədən V. Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Y. İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.   Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.