Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb


Siyasət 04 Dek 2017 09:14:00 289 0

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Tojvo Klaarın səfəri iki gün davam edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tojvo Klaarın  Azərbaycana səfəri başlayıb.

"Report"un məlumata görə, xüsusi nümayəndənin səfəri iki gün davam edəcək. 

Səfər çərçivəsində T.Klaar Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

Qeyd edək ki, bu, T.Klaarın bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfədir Bakıya gəlir. 

Xatırladaq ki, bu ilin noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatını təsdiqləyib.

Toyvo Klaar 2014-cü il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.