Dünyada ilk SMSin müəllifi onun məzmunu haqda danışdı


Digərləri 04 Dek 2017 08:33:00 231 0

Dünyada ilk SMSin müəllifi onun məzmunu haqda danışdı

25 il qabaq göndərilən dünyada ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb.

Son.az Trend-ə istinadən bildirir ki, britaniyalı Nil Papuort bildirib ki, 1992-ci ildə "Vodafone" şirkətində işlədiyi zaman ilk SMS-i öz dekabrın 3-ü öz rəisinə göndərib.

Britaniyalı qeyd edib ki, həmin SMS-də o, rəisinin Milad bayramını təbrik edib: "Mən SMS-ə cavab almadım. Çünki o zamanlar telefonlar SMS-i yalnız qəbul edə bilirdi. Mən mətni kompyuterlə yazmışdım".